Daxili İşlər Nazirliyi - Aksiyanın təşkilatçılarını və iştirakçılarını polis əməkdaşlarının qanuni tələbinə itaət etməyə çağırırıq, hər bir qanun pozuntusu faktı müvafiq hüquqi reaksiya ilə müşaiyət olunacaq

Aksiyanın təşkilatçılarını və iştirakçılarını polis əməkdaşlarının qanuni tələbinə itaət etməyə çağırırıq – bu barədə Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Bəyanatda deyildiyi kimi, hər bir qanun pozuntusu faktı müvafiq hüquqi reaksiya ilə müşaiyət olunacaq.

“Cəmiyyətin təhlükəsizliyinin və asayişin qorunması məqsədilə Daxili İşlər Nazirliyinin müvafiq polis bölmələrinin əməkdaşları cari ilin oktyabrın 4-də Tbilisidə planlaşdırılan aksiya ilə əlaqədar olaraq paytaxt miqyasında müxtəlif yerlərə səfərbər olunublar.

Aksiyanın təşkilatçılarını və iştirakçı şəxsləri toplanma və nümayişi Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş çərçivədə keçirməyə, polis əməkdaşlarının qanuni tələbinə itaət etməyə və onların xidməti fəaliyyətini yerinə yetirməsinə maneə olmamağa çağırırıq. Hər bir qanun pozuntusu faktı polis tərəfindən müvafiq hüquqi reaksiya ilə müşaiyət olunacaq” – bəyanatda qeyd olunub.