Daxili İşlər Nazirliyi - Aksiya iştirakçılarına xəbərdarlıq edirik, qanuna zidd hərəkətlərə son versinlər, etirazı qanun çərçivəsində ifadə etsinlər, əks halda Daxili İşlər Nazirliyi qanunla tanınmış müvafiq tədbirlər görəcək
Gürcüstanın Daxili İşlər Nazirliyi bəyanat yayır.
Nazirliyin məlumatında, Daxili İşlər Nazirliyinin əməkdaşlarının asayişin qorunması məqsədilə Gürcüstan miqyasında müxtəlif şəhərlərdə keçirilən aksiyaların ətrafına səfərbər olunduğu deyilir.
Daxili İşlər Nazirliyində bildirirlər ki, Rustveli prospektində parlamentə bitişik ərazidə davam edən aksiyada etiraz iştirakçılarının yığıncağında artıq etirazın qanuna zidd şəkildə ifadə edilməsi halları qeydə alınır.
“Toplaşanların bir hissəsi ərazidəki infrastruktura zərər vurur, eləcə də aksiyanın iştirakçılarının üzərində müxtəlif təhlükəli əşyalar var, onlardan ola bilsin ötən günlərdəki kimi zorakılıq əməlləri üçün istifadə edilsin.
Gürcüstan qanunvericiliyi ilə toplaşma-nümayiş və ifadə hüququ qorunur, həmçinin ictimai asayişin və təhlükəsizliyin qorunması üçün etirazın ifadə edilməsinin formaları müəyyən edilib.
Hərəkətləri qanunun icazə verdiyi etiraz formalarından kənara çıxan aksiya iştirakçılarına xəbərdarlıq edirik, qanuna zidd hərəkətlərə son versinlər, qanunla icazə verilən çərçivədə etirazı ifadə etsinlər, əks halda Daxili İşlər Nazirliyi qanunla tanınmış müvafiq tədbirlər görəcək. Hər bir qanuna zidd hərəkət polis tərəfindən müvafiq hüquqi cavabla müşaiyət olunacaq” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.