Daxili İşlər Nazirliyi Acarıstanda külli miqdarda pulu dələduzluq yolu ilə əldə etmək ittihamı ilə bir nəfəri həbs edib

12:33, 11.09.2026

Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin Batumi şəhər şöbəsinin əməkdaşları hərtərəfli araşdırmadan sonra, dələduzluq yolu ilə külli miqdarda pul əldə etməkdə şübhəli bilinən bir nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs külli miqdarda pul vəsaitini qanunsuz yolla ələ keçirmək məqsədilə xaricdə yaşayan Gürcüstan vətəndaşına Batumidə mənzil almaqda köməklik göstərəcəyini vəd edib və bunun müqabilində həmin şəxsdən müxtəlif məbləğlərdə pulu mərhələlərlə köçürməsini təmin edib.
Təqsirləndirilən şəxs vədini yerinə yetirməyib və aldatma yolu ilə zərərçəkənə məxsus külli miqdarda — ümumilikdə 16 300 lari məbləğində pulu qanunsuz olaraq ələ keçirib. Həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə qərarı əsasında həmin şəxsi saxlayıblar.
İstintaq, doqquz ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi üzrə aparılır.

Oxşar