Daxili İşlər Nazirliyi 20-21 iyunda parlamentin qabağında inkişaf edən hadisələrlə bağlı yenə iki nəfəri həbs etdi
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları 2019-cu ilin 20-21 iyun tarixində, parlamentin qabağında baş verən hadisələrlə bağlı, hakim qərarı əsasında, qrup zorakılığının təşkil edilməsi və onda iştirak etmək ittihamı ilə, yenə iki nəfəri həbs etdilər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq nəticəsində məlum oldu ki, həbs edilən şəxslər, 1993-cü il təvəllüdlü M.M. və 1976-cı il təvəllüdlü G.K. parlamentin qabağında polisə hücum etdilər və parlamentə zorla daxil olmağa çalışırdılar.
Nazirliyin məlumatına görə, istintaq, Gürcüstanın cinayət məcəlləsinin 225-ci və 315-ci maddələri ilə davam edir.