Daxili İşlər nazirinin müavinləri ABŞ Səfirliyinin bölgə təhlükəsizliyi xidmətinin yeni rəhbəri ilə tanışlıq görüşünü keçirdilər
Daxili İşlər nazirinin müavinləri – Şalva Bedoidze və Aleksandre Daraxvelidze ABŞ Səfirliyinin bölgə təhlükəsizliyi xidmətinin yeni rəhbəri ilə tanışlıq görüşünü keçirdilər. Məlumatı Daxili İşlər Nazirliyi yayır.
Ceyms Uilin cari ilin avqustaundan Gürcüstanda fəaliyyərtinə başladı.
Daxili İşlər Nazirliyində keçirilən görüşdə tərəflər Nazirlik və bölgə təhlükəsizliyi ofisi arasında mövcud və gələcək əməkdaşlığın prioritetli istqamətləri barəsində söhbət etdilər.
Daxili İşlər nazirinin müavinləri Ceyms Uilinə gələcək fəaliyyətində uğurlar arzuladılar.