Daxili işlər nazirinin müavini və Ekspert-Kriminalistika Departamentinin direktoru ABŞ-nin Müdafiə Təhlükəsinin Azaldılması Agentliyinin rəhbəri Devid Kennedi ilə işgüzar görüş keçiriblər
Daxili işlər nazirinin müavini və Ekspert-Kriminalistika Departamentinin direktoru ABŞ-nin Müdafiə Təhlükəsinin Azaldılması Agentliyinin rəhbəri Devid Kennedi ilə işgüzar görüş keçiriblər

 

Daxili işlər nazirinin müavini Şalva Tadumadze və Ekspert-Kriminalistika Departamentinin direktoru Tenqiz Sisauri ABŞ-nin Müdafiə Təhlükəsinin Azaldılması Agentliyinin (DTRA) rəhbəri Devid Kennedi ilə işgüzar görüş keçiriblər.

Daxili İşlər Nazirliyinin məlumatında, görüş çərçivəsində tərəflərin əməkdaşlığın prioritet istiqamətlərini və gələcək planları ətraflı müzakirə etdikləri deyilir. Xüsusilə, Ekspert-Kriminalistika Departamentinin kimyəvi laboratoriyasının imkanlarının artırılmasına və laboratoriyanın müasir texnologiyalarla təchiz edilməsinə, personalın ixtisasının artırılması və ixtisaslaşmış davamlı təhsil modulunun yaradılmasına toxunulub.

Daxili İşlər Nazirliyi ABŞ-nin Müdafiə Departamentinin Təhlükələrin Azaldılması Agentliyi (DTRA) ilə uzun illərdir fəal əməkdaşlıq edir. Agentliyin dəstəyi ilə illər ərzində müxtəlif istiqamətlərdə bir sıra layihələr həyata keçirilib.