Daxili İşlər nazirinin əmri ilə, Batumidə korpusun uçmasından sonra axtarış-xilasedici tədbirlərdə göstərilən peşəkarlıq üçün yanğınsöndürən-xilasecicilər mükafatlandırıldılar
Daxili İşlər nazirinin əmri ilə, Batumidə korpusun uçmasından sonra axtarış-xilasedici tədbirlərdə göstərilən peşəkarlıq üçün yanğınsöndürən-xilasecicilər mükafatlandırıldılar

Gürcüstan Daxili işlər nazirinin qərarı ilə, cari il oktyabrın 8-də Batumidə yaşayış evinin uçmasından sonra keçirilən axtarış-xilasetmə tədbirində göstərdikləri peşəkarlığa görə, eləcə də sağlamlıq və həyat üçün təhlükəli şəraitdə həyata keçirilən xilasedici əməliyyta görə, yanğınsöndürənlər idarənin medalları ilə təltif ediliblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, mükafatlandırma mərasimi Tbilisidə Fövqəladə Halların İdarəsi Xidmətində keçirilib. Burada Daxili işlər nazirinin müavini İoseb Çelidze və FHX-nin rəsis, Temur Möebrişvili iştirak ediblər.

Tədbir iştirakçıları, yanğınsöndürənlər Batumidə evin uçması nəticəsində həlak olan vətəndaşların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İoseb Çelidze və Temur Mğebrişvili yanğınsöndürənlərə göstərdikləri işlərinə görə bir daha təşəkkürlərini bildirdilər, nazir adından 10 yanğınsöndürənni idarə medalları ilə təltif etdilər.

8 oktyabrda, Batumidə yaşayış evinin uçmasına görə, cari axtarış-xilasedici tədbirində 426 yanğınsöndürən-xilasedici iştirak edirdi, hansılar da 29 saat ərzindən dayanmadan xilasedici əməliyyatını aparırdılar. Nazirin qərarı ilə, onların hamısı mükafatlandırıldı.