Daxili işlər naziri Tbilisi Polis Departamentində işgüzar görüş keçirib
Daxili işlər naziri Tbilisi Polis Departamentində işgüzar görüş keçirib

 

Gürcüstanın daxili işlər naziri Qela Qeladze və nazirin birinci müavini Roland Mesxi Tbilisi Polis Departamentində işgüzar görüş keçiriblər. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Daxili işlər naziri Tbilisi Polis Departamentinin direktoru Vaja Siradzeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qela Qeladze polis departamentinin nümayəndələrindən cinayətkarlıqla mübarizə, eləcə də profilaktik polis tədbirləri ilə bağlı ətraflı məlumat alıb və iş prosesi ilə bağlı müvafiq tapşırıqlar verib.