Daxili işlər naziri polis departamentlərinin rəhbərləri ilə işgüzar görüş keçirib
Daxili işlər naziri polis departamentlərinin rəhbərləri ilə işgüzar görüş keçirib

 

Gürcüstanın daxili işlər naziri Qela Qeladze birinci müavini Roland Mesxi ilə birlikdə Batumidə polis departamentlərinin rəhbərləri ilə işgüzar görüş keçirib. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

“Qela Qeladze polis departamentinin rəhbər şəxslərindən cinayətkarlıqla mübarizə və polisin profilaktik tədbirləri barədə ətraflı məlumatı dinləyib. O cümlədən yay mövsümü ilə əlaqədar Gürcüstanda təhlükəsiz turizm mühitinin təmin olunması istiqamətində qurum tərəfindən atılan addımlara da toxunulub.

Görüşdə qeyd olunub ki, yay mövsümü ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları Gürcüstan miqyasında, o cümlədən Acara bölgəsində təhlükəsiz mühitin təmin edilməsi üçün gücləndirilmiş resurslarla səfərbər olunublar.

Görüşdə polis fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlər və cari islahatlara diqqət yönəldilib.

Daxili işlər naziri ictimai təhlükəsizliyin və asayişin qorunmasına görə polis departamentlərinin nümayəndələrinə təşəkkür edib və onlara uğurlar arzulayıb” – DİN-in məlumatında qeyd olunub.