Daxili işlər naziri Müvəqqəti Yerləşdirmə Təminatı Departamentinin yeni yaradılmış Müşayiət Baş İdarəsinin əməkdaşları ilə işgüzar görüş keçirib
Daxili işlər naziri Müvəqqəti Yerləşdirmə Təminatı Departamentinin yeni yaradılmış Müşayiət Baş İdarəsinin əməkdaşları ilə işgüzar görüş keçirib

 

Gürcüstanın daxili işlər naziri Qeka Qeladze müavini Şalva Tadumadze ilə birlikdə Müvəqqəti Yerləşdirmə Təminatı Departamentini ziyarət edib, yeni yaradılan Müşayiət Baş İdarəsinin əməkdaşları ilə görüşüb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“Görüşdə departamentin fəaliyyətinin əsas istiqamətlərini, o cümlədən yeni idarənin işinin xüsusiyyətini müzakirə ediblər. Qeka Qeladzenin sözlərinə əsasən, yeni Müşayiət Baş İdarəsi müasir Avropa standartlarına uyğun olaraq saxlanılan şəxslərin çıxarılması/köçürülməsi prosesini təmin edir və həm əməkdaşların, həm də saxlanılanların təhlükəsizliyini maksimum səviyyədə gücləndirəcək.

Qeyd edilməlidir ki, Daxili İşlər Nazirliyi Müvəqqəti Yerləşdirmə Təminatı Departamentinin Müşayiət Baş İdarəsi üçün müvafiq standartlarla təchiz olunmuş 55 avtomobili artıq alıb.

Avcalada yerləşən müvəqqəti yerləşdirmə təcridxanasına baş çəkən nazir rəhbər şəxslərdən təcridxanalardakı mövcud vəziyyət və ehtiyaclar barədə ətraflı məlumat alıb. Bununla yanaşı, Qeka Qeladze təcridxanada işlə təmin olunmuş şəxslərin iş yerlərinə baxış keçirib və əməkdaşlara gördükləri işə görə təşəkkür edib” – DİN-in məlumatında qeyd olunub.