Daxili işlər naziri Kvemo Kartli bölgəsində işgüzar görüşlər keçirib
Daxili işlər naziri Kvemo Kartli bölgəsində işgüzar görüşlər keçirib

 

Gürcüstanın daxili işlər naziri Qela Qeladze birinci müavini Roland Mesxi və müavini Qiorqi Butxuzi ilə birlikdə Kvemo Kartli bölgəsində işgüzar görüşlər keçirib.

Nazir Kvemo Kartli Polis Departamenti və Patrul Polis Departamentinin rəhbər şəxsləri və əməkdaşları ilə görüşüb.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Qela Qeladze polis bölmələrinin nümayəndələrindən bölgədə cinayətkarlıqla mübarizə, həmçinin profilaktik polis tədbirləri və yol hərəkəti sahəsində mövcud vəziyyət barədə ətraflı məlumat alıb.

Daxili işlər naziri Kvemo Kartli bölgəsində yerləşən nazirliyin digər struktur bölmələrində də olub. Qela Qeladze Mühafizə Polisi, Fövqəladə Halların İdarəolunması Xidməti və İctimai Təhlükəsizliyin İdarəolunması Mərkəzi – 112-nin iş yerlərinə, texnika və avadanlıqlarına baxış keçirib.

“Nazir əməkdaşlardan mülki təhlükəsizlik sahəsində mövcud vəziyyətlə bağlı məlumatı dinləyib və onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur.