Daxili işlər naziri Geka Geladze Kaxeti bölgəsində bir sıra işgüzar görüşlər keçirdi.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Geka Geladze Kaxeti Polis Departamentinin rəhbərləri və əməkdaşları ilə görüşüb.
“Daxili işlər naziri Kaxeti bölgəsində cinayətkarlıqla mübarizə və polis tərəfindən həyata keçirilən profilaktik tədbirlər barədə məlumat aldı.
Görüşdə bölgədəki cinayət statistikası və aşkaretmə göstəriciləri də müzakirə olundu.
Nazir həmçinin Daxili İşlər Nazirliyinin Kaxeti bölgəsində yerləşən digər struktur bölmələrini də ziyarət etdi. Geka Geladze əməkdaşlarla söhbət etdi, onların iş şəraiti, texniki təminatı və avadanlıqları ilə tanış oldu.
Nazir əməkdaşlara göstərdikləri səmərəli fəaliyyətə görə təşəkkürünü bildirdi.
Kaxeti bölgəsində keçirilən işgüzar görüşlərdə daxili işlər nazirinin birinci müavini Roland Meskhi, müavinlər – Mariam Tabatadze, Şalva Tadumadze, Giorgi Butxuzi və Aleksandre Daraxvelidze də iştirak edirdilər,” – deyə DİN-in məlumatında qeyd olunur.