Daxili işlər naziri İsrailin yeni təyin olunmuş səfiri Valid Abu Haia ilə görüşüb
Daxili işlər naziri İsrailin yeni təyin olunmuş səfiri Valid Abu Haia ilə görüşüb

 

Gürcüstanın daxili işlər naziri Qeka Qeladze İsrail Dövlətinin Gürcüstana yeni təyin olunmuş səfiri Valid Abu Haia ilə görüşüb.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, nazir İsrail səfirini Gürcüstanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

“Görüş çərçivəsində tərəflər Gürcüstan və İsrail Dövləti arasında hüquq-mühafizə sahəsində mövcud sıx tərəfdaşlığı və əlaqələrin daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Qeka Qeladze ikitərəfli əməkdaşlığın gücləndirilməsində polis attaşelərinin xüsusi roluna diqqət yönəldib və bildirib ki, son vaxtlar ölkələr arasında polis əlaqələri daha da intensiv xarakter alıb.

Səfir öz növbəsində daxili işlər nazirinə görüşə görə təşəkkür edib və ölkələr arasında tərəfdaşlığın daha da dərinləşməsi işinə töhfə verməyə hazır olduğunu bildirib” – DİN-in məlumatında deyilir.