Daxili işlər naziri İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzi "112"ni ziyarət edib
Daxili işlər naziri İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzi "112"ni ziyarət edib

 

Daxili işlər naziri Qeka Qeladze müavini Qiorqi Butxuzi ilə birlikdə İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzi “112”ni ziyarət edib.

Qeka Qeladze mərkəzin işçiləri ilə görüşüb və “112”nin infrastrukturuna baxış keçirib.

“112”nin infrastrukturuna baxış keçirərkən Qeka Qeladze “112”nin Tbilisi mərkəzinin yaxın gələcəkdə tamamlanacaq yeni inzibati binasının tikintisinin gedişi ilə tanış olub. Daxili işlər naziri İctimai Təhlükəsizliyin İdarəedilməsi Mərkəzinin direktoru Qiorqi Arsoşvili və digər rəhbər şəxslərlə görüş keçirərək mərkəzin fəaliyyətinin əsas istiqamətləri haqda tam məlumatı dinləyib.

Həmçinin, görüşdə ölkə miqyasında videomüşahidə sisteminin inkişaf etdirilməsini hədəfləyən “112”də planlaşdırılan infrastruktur layihələrinə toxunulub. Qeka Qeladze “112”nin əməkdaşlarının iş xüsusiyyətlərinin təfərrüatlarını da dinləyib və onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb” – DİN-in məlumatında deyilir.