Daxili İşlər naziri Ermənistan Sərhəd Qoşunlarının komandanı ilə görüşdü
Daxili İşlər naziri, Vaxtanq Qomelauri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı, polkovnik Arman Maraçkyan ilə görüşdü. Məlumatı DİN yayır.
İdarənin məlumatına görə, görüşdə Daxili İşlər Nazirliyinin Sərhəd Polisi rəisi, general-mayor Nikoloz Şarade. eləcə də Ermənistan Sərhəd Qoşunlarının komandanı müavini, polkovnik Armen Mkrtçyan iştirak edirdilər. Səfərin məqsədi Gürcüstan-Ermənistan dövlət sərhədi ilə bağlı məsələlərin müzakirəsi və ikitərfli əməkdaşlığın inkişafıdır.
Görüşdə tərəflər sərhəd sahəsində əlaqələrin dərinləşdirilməsi məsələləri barəsində müzakirə apardılar.