Daxili işlər naziri ekspert-kriminalistika departamentinin rəhbər şəxsləri ilə işgüzar görüş keçirdi
Daxili işlər naziri Geka Geladze, nazir müavini Şalva Tədumadze ilə birlikdə Ekspert-Kriminalistika Departamentinə səfər edib və rəhbər şəxslərlə işgüzar görüş keçirib.
Görüş çərçivəsində departamentin direktoru Tenqiz Sisauri nazirə bölmənin prioritet istiqamətlərini və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələri təqdim edib. Öz növbəsində, Geka Geladze istintaq prosesində kriminalistik ekspertizanının roluna və əhəmiyyətinə diqqət çəkib. Nazir departamentin əməkdaşlarına göstərdikləri səmərəli fəaliyyətə görə təşəkkür edib və onlara uğurlar arzulayıb.
İşgüzar görüş başa çatdıqdan sonra daxili işlər naziri, məktəb şagirdləri ilə birlikdə, bölmənin muzey sahəsində yeniyetmələr üçün xüsusi olaraq hazırlanmış stendlərə baxış keçirib.
Şagirdlər Ekspert-Kriminalistika Departamentində “Polis peşəsi” kampaniyası çərçivəsində olublar. Kampaniyanın məqsədi yeniyetmələri hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə tanış etmək və polis peşəsinin populyarlaşdırılmasıdır. Kampaniya zamanı yeniyetmələrə nazirliyin müxtəlif polis bölmələrinə baş çəkmək, yerindəcə infrastruktur və polis əməkdaşlarının gündəlik fəaliyyəti ilə tanış olmaq imkanı verilir.