“Daily Telegraph” – Avqustdan sonra Ukraynanı 100 minə qədər gənc kişi tərk edib
Avqustdan sonra Ukraynanı demək olar ki, 100 minə qədər gənc kişi tərk edib. Bu haqda “Daily Telegraph” yazır.
Britaniya nəşrinin xəbər verdiyi kimi, qanunla 18-dən 22 yaşadək kişilərin ölkəni tərk etməsinə icazə verildikdən sonra gənc kişilər Ukraynanı tərk ediblər.
“Daily Telegraph”ın məlumatına əsasən, Ukraynadan Polşa vasitəsilə Britaniya ordusunda xidmət edənlərin sayından daha çox gənc kişi çıxıb. Məqalədə qeyd olunub ki, Britaniya ordusunda 70 min hərbi qulluqçu var.
Yayılmış məlumatlara əsasən, avqustdan Ukraynanın dövlət sərhədini 98,5 min gənc ukraynalı keçib, 2025-ci ilin yanvarından avqust ayına qədər isə bu rəqəm 45,3 mini keçmirdi. Nəşrin məlumatına əsasən, ukraynalıların əksəriyyəti Almaniyaya gedir.
Daha əvvəl Ukraynanın gənclik və idman naziri Matvey Bedni Rusiyanın hərbi əməliyyatının başlamasından sonra Ukraynanı 1,7 milyon gəncin tərk etdiyini bildirmişdi.