"Daily Express" - Azərbaycan gizli şəkildə Ukraynaya "Su-22" tipli hərbi təyyarələr satır
Azərbaycan gizli şəkildə Ukraynaya “Su-22” tipli hərbi təyyarələr satır – bu haqda məlumatı “Daily Express” yayır.
Yayılmış məlumatda, Bakının Türkiyə, Sudan və Almaniyadan keçən gizli logistika zənciri vasitəsilə Ukraynaya “Su-22” qırıcılarını göndərdiyi deyilir.
Nəşrə əsasən, Azərbaycan həmçinin bir zamanlar Rusiyanın dominantlıq etdiyi marşrut – Trans-Balkan boru kəməri vasitəsilə Ukraynanı qazla təchiz edir.
“Azərbaycanın Ukraynaya sata biləcəyi sovet və rus istehsalı olan böyük miqdarda silah ehtiyatı var. Arsenalına artilleriya sistemləri, çoxsaylı raket buraxma sistemləri (MLRS), zirehli texnika və tanklar daxildir. Bakı həmçinin hazırda daha inkişaf etmiş İsrail platformaları əlavə olunan “Tochka-U” tipli bir neçə qısa mənzilli ballistik raketə malikdir” – nəşr yazır.