Cüdo | Tuşişvili və Qriqalaşvili bu gün Avstriya Qran Prisində güləşəcək #1TVSPORT
Cüdo | Tuşişvili və Qriqalaşvili bu gün Avstriya Qran Prisində güləşəcək #1TVSPORT

Avstriyada davam edən cüdo üzrə Qran Prinin final günündə beş gürcü idmançı – Tato Qriqalaşvili, Giorgi Cabniaşvili (hər ikisi 90 kq), İmeda Qoqoladze (100 kq), Quram Tuşişvili və Şalva Qureşidze (hər ikisi +100 kq) mübarizə aparacaq.

Maraqlıdır ki, dünya çempionu, Olimpiya vitse-çempionu Quram Tuşişvili diskvalifikasiyadan sonra ilk dəfədir ki, güləş edir.

Tato Qriqalaşvili ikinci dəfə 90 kq çəki dərəcəsində mübarizə aparacaq.

İki həftə əvvəl üçqat gürcü dünya çempionu Varşava açıq çempionatında 90 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Xatırlatmaq istərdik ki, Gürcüstan komandası Avstriya Qran Prisində iki günlük yarışı medalsız başa vurub.