Cüdo | Tato Qriqalaşvili dördqat dünya çempionudur #1TVSPORT
Azərbaycanın paytaxtı Bakıda davam edən cüdo üzrə dünya çempionatında Tato Qriqalaşvili (81 kq) qızıl medal qazanıb. 26 yaşlı gürcü idmançı finalda ev sahibi Zelim Tskayevi əlavə vaxtda məğlub edib.
Qeyd edilməlidir ki, Qriqalaşvili dünya birinciliyinin finalında ardıcıl altıncı dəfə güləşib və çempionluq titulunu dördüncü dəfə qazanıb (2022, 2023, 2024, 2026).
Cari dünya çempionatında Gürcüstan yığmasının hesabında üç medal var – Tato Qriqalaşvili (81 kq) dünya çempionu olub, Eter Liparteliani (57 kq) gümüş, Qiorqi Sardalaşvili (60 kq) isə bürünc medal qazanıb.