Cüdo | Şalva Qoqoladze və Marius Vizer Tbilisidə Dünya Çempionatının keçirilməsi ilə əlaqədar müqavilə imzalayıblar #1TVSPORT

22:21, 16.06.2026

 

İyunun 16-da Budapeştdə Gürcüstanın idman naziri Şalva Qoqoladze və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer 2029-cu ildə Tbilisidə cüdo üzrə Dünya Çempionatının keçirilməsi ilə əlaqədar müqavilə imzalayıblar.

Tbilisi tarixdə ilk dəfə olaraq dünya çempionatına ev sahibliyi edəcək. Bu qərarı Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Tbilisi Böyük Dəbilqə turnirinin açılış mərasimində rəsmən təsdiqləmişdi.

2026-cı ilin aprelində Tbilisi cüdo üzrə Avropa Çempionatına ev sahibliyi edib, bu da 2029-cu ilin dünya birinciliyinə hazırlıq mərhələsi xarakteri daşıyırdı.

Oxşar