Cüdo | Quram Tuşişvili dünya çempionatında ilk görüşünü qazanıb#1TVSPORT
Azərbaycanın paytaxtı Bakıda davam edən cüdo üzrə dünya çempionatında fərdi mübarizənin son yarış günündə Quram Tuşişvili (+100 kq) ilk qələbəsini qazanıb.
Gürcü ağırçəkili cüdoçu monqol Odxunu ipponla məğlub edib və ikinci mərhələdə Qvineya nümayəndəsi Fofana ilə qarşılaşacaq.
Cari dünya çempionatında Gürcüstan yığmasının hesabında dörd medal var: Tato Qriqalaşvili (81 kq) və İlia Sulamanidze dünya çempionu olublar, Eter Liparteliani (57 kq) gümüş, Qiorqi Sardalaşvili (60 kq) isə bürünc medal qazanıb. Milli yığmamız ümumi komanda hesabında Yaponiyadan sonra ikinci yerdədir.