Cüdo | Nino Qulbani dünya çempionatının 1/8 finalındadır #1TVSPORT
Azərbaycanın paytaxtı Bakıda davam edən cüdo üzrə dünya çempionatında Nino Qulbani (70 kq) ikinci qələbəsini qazanıb. Gürcü cüdoçu İsrail təmsilçisi Maia Qoşenə qalib gəlib.
Növbəti mərhələdə, 1/8 finalda Qulbaninin rəqibi isveçli İda Eriksson olacaq.
Cari dünya çempionatında Gürcüstan yığmasının aktivində üç medal var – Tato Qriqalaşvili (81 kq) dünya çempionu oldu, Eter Liparteliani (57 kq) gümüş, Qiorqi Sardalaşvili (60 kq) isə bürünc medal qazandı.