Cüdo | İlia Sulamanidze Lozanna “Böyük Dəbilqə”sinin qalibidir #1TVSPORT
İsveçrənin Lozanna şəhərində cüdo üzrə cari “Böyük Dəbilqə” turnirində İlia Sulamanidze (100 kq) qızıl medalın sahibi oldu – gürcü idmançı finalda niderlandlı Simeon Katarinanı məğlub etdi.
Elə bu gün bürünc medal uğrunda Quram Tuşişvili (+100 kq) mübarizə aparacaq, onun rəqibi Birləşmiş Ərəb Əmirlikləri yığmasının üzvü Maqomedomar Maqomedomarov olacaq.
“Böyük Dəbilqə” turnirində Gürcüstan yığmasının aktivində iki qızıl medal var – avqustun 28-də dünya və Avropanın hazırkı çempionu Eter Liparteliani (57 kq) turnirin qalibi oldu.