Cüdo | Gürcüstanın U-23 milli komandası Avropa çempionu oldu #1TVSPORT
Cüdo | Gürcüstanın U-23 milli komandası Avropa çempionu oldu #1TVSPORT


Moldovanın paytaxtı Kişinyovda keçirilən 23 yaşadək cüdoçular arasında Avropa çempionatında qarışıq komanda yarışında Gürcüstan milli komandası finalda Fransanı 4:3 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu oldu.

Finalda hesab 3:3 olduğunda püşkatmanın nəticəsinə əsasən həlledici görüşü 73 kq çəki dərəcəsində çıxış edən Giorgi Teraşvili keçirdi. O, rəqibini ipponla məğlub edərək Gürcüstan U-23 milli komandasına qızıl medalları qazandırdı.

Gürcüstan milli komandası Avropa çempionatında aşağıdakı heyətlə çıxış etdi:
Nino Loladze (57 kq), Giorgi Teraşvili (73 kq), Nino Tsiklauri (70 kq), Giorgi Cabniaşvili (90 kq), Lizi Kvartsxatsa (+70 kq) və Şalva Gureşidze (+90 kq).