Cüdo | Gürcüstan yığması Avropa komanda çempionatının qalibidir #1TVSPORT
Gürcüstan yığması Monteneqroda başa çatan cüdoçuların Avropa çempionatının qalibidir. Gürcüstanın kişi və qadınlardan ibarət qarışıq komandası yarışmanın finalında İtaliya yığmasını 4:3 hesabı ilə məğlub etdi.
Finalda öz görüşlərini Mariam Canturia, Quram Tuşişvili və Eter Lipartelianı qazandılar, Luka Maisuradze, Sopio Somxişvili və Mixeil Baxbaxişvili isə məğlub oldular.
Hesab 3:3 olduqda, təsadüfi seçim prinsipi ilə qızıl xala qədər əlavə görüş təyin edildi və bu görüşdə Sopio Somxişvili Asiya Tavanonu məğlub etdi və komandamız qızıl medal qazandı.
Finala qədər Gürcüstanın qarışıq komandası Azərbaycanı (4:0), Avstriyanı (4:1), Almaniyanı (4:0) məğlub etdi.
Xatırladaq ki, fərdi mübarizədə Gürcüstan yığması Avropa çempionatında dörd medal qazandı. Qiorqi Sardalaşvili və İlia Sulamanidze Avropa çempionları oldular, Eter Liparteliani və Tato Qriqalaşvili isə gümüş medallarla kifayətləndilər.