Cüdo | Gürcüstan millisi Avropa komandalar çempionatının finalında İtaliya ilə qarşılaşacaq #1TVSPORT
Bu gün Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatında qarışıq komanda turniri keçirilir.
Gürcüstan millisi qitə birinciliyinin finalına yüksəlib və orada İtaliya milli komandası ilə qarşılaşacaq.
Yarımfinalda komandamız Almaniyanı 4:0 hesabı ilə məğlub edib — döyüşləri Etər Liparteliani (57 kq), Mixeil Baxbaxaşvili (73 kq), Mariam Çanturia (70 kq) və Luka Maisuradze (90 kq) qazanıblar.
Avropa çempionatında qarışıq komanda turnirinin final bloku Tbilisi vaxtı ilə saat 18:00-da keçiriləcək və birbaşa yayımı Gürcüstanın Birinci Kanalı təqdim edəcək.