Cüdo | Gürcüstan Fransanı məğlub edib və Avropa komanda çempionatının finalına yüksəlib #1TVSPORT
Serbiyanın paytaxtı Belqradda cüdo üzrə cari Avropa çempionatında, qarışıq komanda yarışında Gürcüstan yığması yarımfinalda Fransanı 4:3 hesabı ilə məğlub edib və turnirin finalına çıxıb.
Gürcüstan yığmasının heyətində qələbələri Luka Maisuradze (90 kq), İrakli Demetraşvili (+90 kq), Eter Liparteliani (57 kq) və Laşa Şavdatuaşvili (73 kq) qazanıblar. Şavdatuaşvili rəqibini əlavə vaxtda (“qızıl xal” ilə) məğlub edib.
Sopio Somxişvilinin (+78 kq) zədələnməsi səbəbindən Gürcüstan yığması Fransa ilə qarşılaşmaya 0:1 hesabı ilə geridə başlayıb.
Qitə birinciliyinin finalında Gürcüstan yığmasının rəqibi Rusiya olacaq.
Xatırladaq ki, Gürcüstan yığması Avropanın hazırkı çempionudur.