Cüdo | Eter Liparteliani dünya vitse-çempionudur #1TVSPORT
Gürcüstanın cüdoçulardan ibarət yığmasının üzvü Eter Liparteliani Azərbaycanın paytaxtı Bakıda cari dünya çempionatında gümüş medal qazanıb.
Qadınlar arasında 57 kq çəki dərəcəsinin finalında 27 yaşlı cüdoçu əlavə vaxtda yaponiyalı Akari Omoriyə məğlub olub və karyerasında dünya çempionatında ikinci medalını əldə edib. 2025-ci ildə o, Budapeştdə dünya çempionu olmuşdu.
Eter Liparteliani həm də hazırkı Avropa çempionudur. Cari ilin aprelində Tbilisidə keçirilən qitə birinciliyində o, qızıl medal qazanmışdı.

2026-cı ilin cüdo üzrə dünya çempionatında bu, Gürcüstan yığması üçün ikinci medaldır – yarışın ilk günündə Qiorqi Sardalaşvili (60 kq) bürünc mükafatçı olmuşdu.