Cüdo | Eter Liparteliani Avropa çempionu olub [video] #1TVSPORT
Tbilisidə keçirilən Avropa çempionatını Eter Liparteliani (57 kq) möhtəşəm şəkildə başa vuraraq çempion olub. O, finalda İsraili təmsil edən Timna Nelson-Levyni effektli fəndlə məğlub edib.
Görüşün əvvəlində gürcü cüdoçu fənd buraxaraq son anlara qədər 0:1 hesabı ilə geridə idi, lakin qarşılaşmanın bitməsinə 15 saniyə qalmış Eter Liparteliani rəqibini ipponla məğlub edərək dünya çempionluğu tituluna Avropa qızılını da əlavə edib.
O, Avropa çempionu olan ilk gürcü qadın cüdoçudur.