Cuanşer Burçuladzeni Türkiyə müdafiə naziri qəbul etdi
Gürcüstan Müdafiə naziri, Cunaşer Burçuladze səfərlə Türkiyədədir. Burada ona türk həmkarı, Hulusi Akar ev sahibliyi etdi.
Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Cuanşer Burçuladze Türkiyə müdafiə nazirinə Gürcüstanın suverenliyi və rəazi bütövlüyünə və NATO-ya üzv olması yolunda sarsılmaz dəstəyiunə görə minnətdarlığını bildirdi və on illər ərzində Gürcüstan müdafiə qüvvələrinin inkişafı prosesində Türkiyə tərəfindən göstərilən praktiki yardımın əhəmiyyətini xüsusilə qeyd etdi.
“Tərəflər ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlıq istiqamətləri üzrə də müzakirə apardılar. Söhbət beynılxalq təlimlərin əhəmiyyətinə, beynəlxalq missiyalarda birgə iştiraka və NATO ilə əməkdaşlıq məsələlərinə aid oldu”, – Gürcüstan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Elə onların məlumatına görə, Gürcüstan Müdafiə naziri həmçinin Milli Təhlükəsizlik məsələləri üzrə Rumıniya prezidentinin məsləhətçisi, İon Oproşor ilə görüşdü.