Cuanşer Burçuladze NATO müdafiə ministerialında iştirak edir
Cuanşer Burçuladze NATO müdafiə ministerialında iştirak edir

Gürcüstanın Müdafiə naziri, Cuanşer Burçuladze Belçika Krallığının paytaxtı Brüsseldə səfərdədir.

Müdafiə Nazirliyinin məlumatına görə, 12-13 oktyabrda NATO-nun mənzil-qərargahında alyansa üzv və partnyor ölkələrin Müdafiə nazirlərinin görüşləri keçiriləcək.

Elə onların məlumatına görə, proqram başlamamışdan əvvəl Müdafiə naziri artıq NATO-nun baş katibi, Yens Stoltenberqlə görüş keçirdi.

Cuanşer Burçuladze həmçinin ABŞ Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ukraynanın Rammştayn formatında təmas qrupunun görüşündə iştirak edəcək. Görüşdə Ukraynadakı mövcud vəziyyət, ölkənin ehtiyac və imkanları, eləcə də gələcək perspektivlər və NATO-ya üzv və qeyri-üzv ölkələrin Ukraynaya yardım imkanları müzakirə olunacaq.

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Cuanşer Burçuladze NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauerlə də görüşəcək. Tərəflər təhlükəsizlik problemləri, Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsi, NATO ilə uyğunluğun gücləndirilməsi və NATO-Gürcüstan praktiki əməkdaşlığının dərinləşdirilməsini müzakirə edəcəklər.

Müdafiə naziri NATO baş katibinin kəşfiyyat və təhlükəsizlik sahəsində köməkçisi, Devid Katler ilə də görüşəcək.