Cuanşer Burçuladze İraqın Müdafiə naziri, Cumaah Enad Saadun ilə görüşdü
Cuanşer Burçuladze İraqın Müdafiə naziri, Cumaah Enad Saadun ilə görüşdü

İraq Respublikasının Müdafiə naziri Gürcüstanda işgüzar səfərdədir. Cumaah Enad Saadunu Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladze qəbul etdi.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə həmkarlar iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdilər.

“Söhbətdə hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinə toxunuldu; bu istiqamətdə imkanları müzakirə etmək və tərəfdaşlığı gücləndirmək istəyi ifadə olundu. Tərəflər 2003-2008-ci illərdə İraqda davam edən beynəlxalq missiyada Gürcüstan hərbi kontingentinin iştirakından böyük şərəflə danışdılarvə bunun vacibliyini vurğuladılar”, – Nazirliyin məlumatında deyilir.

Bununla yanaşı, elə onların məlumatına görə, İraq Respublikasının Müdafiə naziri Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan qəhrəmanların abidəsi önünə əklil qoydu.