Cuanşer Burçuladze Bolqarıstanın paytaxtı Sofiyada cənub-şərqi Avropa müdafiə ministerialında iştirak etdi
Cuanşer Burçuladze Bolqarıstanın paytaxtı Sofiyada cənub-şərqi Avropa müdafiə ministerialında iştirak etdi

Gürcüstan Müdafiə naziri Bolqarıstanda rəsmi səfərdədir. Cuanşer Burçuladze Sofiyada cənub-şərqi Avropa müdafiə ministerialında (SEDM) iştirak etdi.

Müdafiə nazirləri bölgədə təhlükəsizlik məsələləri, Ukrayna və Gürcüstanın Rusiya tərəfindən işğalı, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etdilər.

İşçi sessiyadan sonra ministerialın iştirakçıları birgə razılaşma imzaladılar. Nazirlərin görüşü ilə eyni vaxtda xarici həmkarlarla görüşlər də nəzərdə tutulub. Cuanşer Burçuladze Bolqarıstan və Rumıniyanın Müdafiə nazirləri ilə görüşəcək və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Gürcüstan SEDM-in üzv ölkəsi 2015-ci ildə oldu. Cənub-Şərqi Avropa Müdafiə Ministerialının məqsədi bölgədə təhlükəsizlik və sülhün bərqərar olması, eləcə də bölgə ölkələrinin Avro-atlantik strukturlarına inteqrasiyası məqsədilə bölgə ölkələri arasında əməkdaşlığı gücləndirməkdir. 2017-ci ildə Gürcüstan Cənub-Şərqi Avropa Müdafiə Ministerialına ilk dəfə ev sahibliyi etdi.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayır.