Cuanşer Burçuladze Abxaziya müharibəsində həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad edib
Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze, Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili və müdafiə qüvvələrinin nümayəndələri həlak olanların anım günü Vaşlicvari qardaşları qəbiristanlığında yerləşən “Qəhrəmanlar iqamətgahı”nı ziyarət ediblər.
Onlar Abxaziya müharibəsində həlak olan əsgərlərin məzarları üzərinə gül dəstələri düzüb, gürcü qəhrəmanlarının xatirəsini ehtiramla yad ediblər. Müdafiə Nazirliyinin nümayəndələri Abxaziya müharibəsində həlak olan döyüşçülərin ailələri ilə də söhbət ediblər.
Nazirin sözlərinə görə, Pasxa bayramında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların həmişə və ənənəvi olaraq yad edilməsi, onların xatirəsinin ehtiramla yad edilməsi vacibdir.
Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.