Cozef Borrell Pavel Herçinskini Aİ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbəri vəzifəsinə irəli sürüb

17:06, 08.06.2022

Aİ-nin ali nümayəndəsi Cozef Borrell Aİ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbəri vəzifəsinə Pavel Herçinskinin namizədliyini irəli sürüb.

Aİ Xarici Fəaliyyət Xidmətinin məlumatına görə, Pavel Herçinski hazırda Aİ Xarici Fəaliyyət Xidmətinin Təhlükəsizlik və Müdafiə Siyasəti və Böhrana Cavab üzrə Baş Direktorluğunun rəhbəridir. O, həmçinin Polşanın Siyasi və Təhlükəsizlik Komitəsində səfiri vəzifəsində çalışıb.

Qeyd olunmalıdır ki, Borrell Aİ-nin 31 nümayəndə heyətinin rəhbərlərinin namizədliyini irəli sürüb. Avropa İttifaqının Nümayəndəlik Başçıları qəbul edən ölkələrdən müvafiq razılıq alındıqdan sonra rəsmi olaraq təyin olunacaqlar.

Aİ-nin Gürcüstandakı nümayəndəliyinin hazırkı rəhbəri Karl Hartselin səlahiyyət müddəti bu ilin sentyabrında başa çatır.

Oxşar