Cozef Borrell - Gələcək seçkilər həqiqət anı olacaq, gürcü xalqı hansı yolla - Avropayamı yoxsa Avropadan uzaqlaşmağamı getmək istədiyinə qərar verməli olacaq
Cozef Borrell - Gələcək seçkilər həqiqət anı olacaq, gürcü xalqı hansı yolla - Avropayamı yoxsa Avropadan uzaqlaşmağamı getmək istədiyinə qərar verməli olacaq

 
Gələcək seçkilər həqiqət anı olacaq, gürcü xalqı hansı yolla – Avropayamı yoxsa Avropadan uzaqlaşmağamı getmək istədiyinə qərar verməli olacaq – bu haqda Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cozef Borrell deyib.

O, Gürcüstanda demokratik geriləmə olduğunu bildirib.

“Gürcüstana gəlincə, əslində demokratik geriləmə var. Gələcək seçkilər həqiqət anı olacaq, gürcü xalqı hansı yolla – Avropayamı yoxsa Avropadan uzaqlaşmağamı getmək istədiyinə qərar verməli olacaq. Bu, bizim üçün mühüm və Gürcüstan üçün daha da mühüm andır, çünki ölkənin gələcəyi tərəzinin gözündədir” – Cozef Borrell qeyd edib.