Cozef Borrell - Bu gün Gürcüstana səfər edəcək Viktor Orban Avropa İttifaqını təmsil etmir
Bu gün Gürcüstana səfər edəcək Viktor Orban Avropa İttifaqını təmsil etmir – bu haqda Avropa İttifaqının Xarici İşlər Xidmətinin rəhbəri Cozef Borrell ispan mediasına müsahibəsində deyib.
“Bu gün Macarıstanın Baş naziri çox yaxın olduğu Gürcüstan hökumətini dəstəkləmək üçün Gürcüstana gedir. Cənab Orban Gürcüstana səfəri zamanı nə deyirsə desin, o, Avropa İttifaqını təmsil etmir” – Cozef Borrell bildirib.
Avropa İttifaqı Şurasının sədri olan ölkənin, Macarıstanın Baş naziri Viktor Orban bu gün Gürcüstana rəsmi səfər edəcək. Macarıstanın Baş naziri Gürcüstana Macarıstanın xarici işlər və ticarət naziri Piter Siiarto, iqtisadi inkişaf naziri Marton Nadi, maliyyə naziri Mixai Varqa, dövlət katibi İanoş Mate və digər rəsmi şəxslərin daxil olduğu hökumət nümayəndə heyəti ilə birlikdə gələcək.