Cozef Borrell – Avropa İttifaqına üzvlük yolunda Moldovanın dözümlülüyünü, təhlükəsizliyini və demokratiyasını dəstəkləməyə davam etməyə hazırıq
Avropa İttifaqına üzvlük yolunda Moldovanın dözümlülüyünü, təhlükəsizliyini və demokratiyasını dəstəkləməyə davam etməyə hazırıq – bu haqda Avropa İttifaqının Xarici Siyasət İdarəsinin rəhbəri Cozef Borrell sosial şəbəkədə yazır.
“Rusiya və onun müttəfiqləri tərəfindən hibrid müharibəsinin aparılmasına baxmayaraq, Moldova hakimiyyəti seçkiləri və konstitusiya referendumunu uğurla keçirdi. Avropa İttifaqına üzvlük yolunda Moldovanın dözümlülüyünü, təhlükəsizliyini və demokratiyasını dəstəkləməyə davam etməyə hazırıq” – Cozef Borrell yazır.