Cozef Borrell - Əgər beynəlxalq ictimaiyyət Qəzzada çox insanın öldüyünə inanırsa, bəlkə biz daha az silah tədarük edək, Netanyahu əhaliyə təxliyə çağırışı edir, hara getsinlər, aya mı?
Cozef Borrell - Əgər beynəlxalq ictimaiyyət Qəzzada çox insanın öldüyünə inanırsa, bəlkə biz daha az silah tədarük edək, Netanyahu əhaliyə təxliyə çağırışı edir, hara getsinlər, aya mı?

 
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell ABŞ-a İsrailə hərbi yardımını dayandırmağı təklif edir-bu haqda “Reuters” yazır.

Borrell həmçinin qeyd edib ki, Niderland məhkəməsi Niderland hökumətinə İsrailin Qəzza sektorunda beynəlxalq hüququ pozduğuna görə F-35 qırıcılarının hissələrinin İsrailə ixracını əngəlləməyi tapşırıb.

Borrell, ölkələrin öz dedikləri ilə ziddiyyətli davrandıqlarını bildirib, çünki İsrailin Qəzzada həddən artıq çox mülki vətəndaşı öldürdüyünü deyirlər, lakin bunun qarşısını almaq üçün konkret heç nə etmirlər.

“Həddindən artıq çox insanın öldüyünə inanırsınızsa, bəlkə də bu qədər ölümün qarşısını almaq üçün daha az silah tədarük etməliyik. Əgər beynəlxalq ictimaiyyət bunun qırğın olduğuna inanırsa, həddən artıq çox insan ölür, bəlkə biz silah tədarükünü dayandırmaq barədə düşünməliyik” – Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell açıqlayıb.

Brüsseldə çıxış edən Borrell həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunu tənqid edərək, mülki insanları qorumaq üçün daha çox iş görmək xahişinə məhəl qoymadığını deyib.

“Hamı Tel-Əvivə gedib yalvarır ki, “xahiş edirik, bunu etməyin, mülki insanları qoruyun, bu qədər insanı öldürməyin”. Olduqca çox nə qədərdir? Standart nədir? Netanyahu heç kimi dinləmir. O, fələstinli mülki vətəndaşları Rafahı boşaltmağa çağırıb, amma bunu necə etmək olar? Hara getməlidirlər? Aya mı ? Bu insanları hara təxliyə etmək niyətindədirlər ?” – Borrell açıqlayıb.