Cozef Borrel – Xersonun bombalanması barəsində bəyanat yayılır, Rusiyanı bu qəbuledilməz hərəkəti dərhal dayandırmağa çağırırıq

10:32, 09.06.2023

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Cozef Borrel Rusiyanı Xerson vilayətində atəşi dərhal dayandırmağa çağırr.

“Xerson vilayətində Kaxovka bəndinin dağıdılması nəticəsində zərər çəkmiş mülki əhalinin təxliyyəsi üçün təhlükə yaradan Xerson şəhərinin atəşə tutulması barədə məlumatlar yayılır. Rusiyanı bu qəbuledilməz hərəkəti dərhal dayandırmağa çağırırıq. Bu, daha bir cinayət olacaq. Hər bir cinayətkar məsuliyyət daşıyacaq”, – Borrel yazır.

Məlumat üçün, Ukrayna tərəfinin məlumatına görə, rus qoşunları Xerson vilayətini Ukrayna prezidenti Vladimir Zelenskinin iyunun 8-də ölkənin cənubundakı bölgəsinə səfərindən sonra bombaladılar.

Oxşar