Cozef Borrel – qışda milyonlarla insanı işıqsız, susuz və istiliksiz qoymaq qəddarlıqdır, Avropa İttifaqının Ukrayna və Moldovaya dəstəyi davam edir
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrel Rusiyanın Ukraynaya raket hücumunu pisləyir.
Borelin “tvitter” sosial şəbəkəsində yazdığı kimi, Avropa İttifaqının Ukrayna və Moldovaya dəstəyi dəyişməz olaraq davam edir.
“Biz Rusiyanın Ukraynada dinc əhaliyə və kritik infrastruktura qarşı yenidən cinayətkar hücumlarını, eləcə də Moldovada kütləvi qarablıqlamanı kəskin şəkildə pisləyirik. Qışda milyonlarla insanı işıqsız, susuz və istiliksiz qoymaq qəddarlıq və qeyri-insanilikdir. Avropa İttifaqının Ukrayna və Moldovaya dəstəyi dəyişməz olaraq davam edir”, – Borrel yazır.