Cozef Borrel – Bugünkü qiymətləndirmələr Ukrayna, Moldova və Gürcüstanın Avropa istəklərini yerinə yetirmək üçün mühüm addımdır
“Bu, Ukrayna, Moldova, Gürcüstan və Avropa İttifaqı, həmçinin ümumi qitəmizdə sülh və demokratiya üçün həlledici məqamdır”, – Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell sosial mediada yazıb.
“Bugünkü qiymətləndirmələr onların Avropa istəklərini yerinə yetirmək yolunda mühüm addımdır. Aİ bunu reallaşdırmaq üçün bütün islahat səylərini dəstəkləyəcək”,- Cozef Borrell yazıb.
Avropa Komissiyasının tövsiyəsinə əsasən, Ukrayna və Moldovaya namizəd statusu verilməlidir.
Gürcüstana gəlincə, Avropa Komissiyasının sədri Ursula fon der Layenin sözlərinə görə, Avropa Komissiyası Şuraya tövsiyə edir ki, Gürcüstana Avropa perspektivi verilsin.
“Biz şuraya Gürcüstana namizəd statusu verməkdənsə, ona Avropa perspektivi verməyi, onun şərtlərə necə cavab verdiyini qiymətləndirməyi tövsiyə edirik”, – Ursula fon der Layen deyib.