Cozef Borel – Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Putinin həbsinə order verilməsi beynəlxalq ədalətin mühüm qərarıdır, bu başlanğıcdır
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı, Cozef Borel bəyan edir ki, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Putinin həbsinə order verilməsi beynəlxalq ədalətin mühüm qərarıdır.
Borrelin dediyinə görə, orderin verilməsi “yalnız başlanğıcdır”.
“Bu, beynəlxalq ədalətin mühüm qərarıdır. Bu, Ukrayna xalqı üçün mühüm qərardır. Biz həmişə açıq-aydın bəyan edirdik ki, Ukraynaya qarşı qanunsuz aqressiyaya görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır”. – Borel bəyan edir.