"COVID-19"-un yeni növünə görə, Böyük Britaniya ilə gediş-gəlişini Belçika da dayandırdı
“COVID-19”-un yeni növünün aşkar edilməsinə görə, Böyük Britaniya ilə hava gediş-gəlişini Belçika da dayandırdı. Bu barədə məlumatı “Evronyus” yayır.
Uçuşlardan başqa Belçika Britaniya ilə dəmir yolu gediş-gəlişini də dayandırdı.
19 dekabrda Birləşmiş Krallığın baş naziri, Boris Conson bəyan etdi ki, ölkədə koronavirusun yeni növü aşkar edildi. Yeni növün qeydə alınmasına görə, Hollandiya Böyük Britaniya ilə uçuşlarını dayandırdı.
Hollandiya baş naziri, Mark Rutenin bəyan etdiyinə görə, qeyd olunan qərarı virusun prevensiyası məqsədilə qəbul etdilər.
Böyük Britaniya ilə gediş-gəlişin dayandırılmasını Almaniya və fransa da müzakirə edir.