“Courtyard Marriott” mehmanxanasında dörd müxalifət birliyinin görüşü keçirilir
“Courtyard Marriott” mehmanxanasında dörd müxalifət birliyinin görüşü keçirilir

 
“Courtyard Marriott” mehmanxanasında dörd müxalifət birliyinin görüşü keçirilir. Görüşdə müxalifətçi liderlər iştirak edirlər.

Bununla yanaşı, “Qaxaria Gürcüstan Naminə”nin sədri Qiorqi Qaxaria görüşdə iştirak etmir, lakin onun partiyasının nümayəndələri Levan Qoqiçaişvili və Teona Akubardia iştirak edirlər.

Görüş başlamazdan əvvəl “Dəyişiklik Naminə Koalisiyasının” liderlərindən biri Nika Melia jurnalistlərə şərh verib və qeyd edib:

“Məqsəd yeni seçkilərdən sonra İvanişvili hakimiyyətini dəyişməkdir. Bu məqsəd dəyişməyəcək və bütün ölkə bu məqsədə nail olmaq üçün mübarizə aparır. Plan birdir – ictimaiyyət aydın şəkildə bilməlidir, İvanişvili rejiminin dəyişməsi necə olmalıdır və ondan sonra nə baş verir. Nə zaman baş verəcək, bu hamıdan asılıdır. Məqsədimizə çatdıqdan sonra nə olacağı ictimaiyyət üçün maraqlıdır”.