Corcia Meloni Ukrayna ilə bağlı sonrakı sammitdə ABŞ nümayəndə heyətinin də iştirak edəcəyinə ümid edir
İtaliyanın Baş naziri Corcia Meloni Ukrayna ilə bağlı sonrakı sammitdə avropalılarla yanaşı ABŞ nümayəndə heyətinin də iştirak edəcəyinə ümid edir. Bu barədə məlumatı “The Guardian” yayır.
Meloni bu münaqişənin bitməsi və sülhə nail olmaq üçün Amerika Birləşmiş Ştatları ilə işləməyin vacibliyini vurğulayıb.
Məlumat üçün bildirək ki, bu gün təxminən 30 ölkənin lideri Ukrayna Prezidenti Volodimir Zelenski ilə müharibənin gedişatı haqda mühüm məsələləri müzakirə etmək üçün Parisdə bir araya gəldi.