Corcia Meloni - Kiyevə edilmiş intensiv hücumlar kimin sülhün tərəfində olduğunu və kimin danışıqlar yoluna inanmaq niyyətinin olmadığını göstərir
Corcia Meloni - Kiyevə edilmiş intensiv hücumlar kimin sülhün tərəfində olduğunu və kimin danışıqlar yoluna inanmaq niyyətinin olmadığını göstərir

 

Kiyevə gecə edilmiş intensiv hücumlar kimin sülhün tərəfində olduğunu və kimin danışıqlar yoluna inanmaq niyyətinin olmadığını göstərir – bu barədə İtaliyanın Baş naziri Corcia Meloni X sosial şəbəkəsində yazıb.

“Kiyevə bu gün gecə edilmiş intensiv hücumlar kimin sülhün tərəfində olduğunu və kimin danışıqlar yoluna inanmaq niyyətinin olmadığını göstərir. Düşüncələrimizlə Ukrayna xalqı, dinc vətəndaşlar, Rusiyanın mənasız hücumları nəticəsində həlak olanların ailələri, o cümlədən uşaqlarlayıq” – Corcia Meloni yazır.

Rusiya tərəfindən Kiyevə gecə edilmiş hücumda, son məlumatlara əsasən, 18 nəfər həyatını itirib.