Corcia Meloni Donald Trampla görüşü zamanı ABŞ-nin İranla bağlı göstərdiyi qətiyyəti Ukrayna və Qəzza ilə bağlı da göstərməli olduğunu bildirib
İtaliyanın Baş naziri Corcia Meloni ABŞ Prezidenti Donald Trampla görüşü zamanı ABŞ-nin İranla bağlı göstərdiyi qətiyyəti Ukrayna və Qəzza ilə bağlı da göstərməli olduğunu bildirib.
Meloni İsrail və İran arasında atəşkəs razılaşmasının başlamasını təqdir edib, lakin qeyd edib ki, Donald Tramp Ukrayna və Qəzza sektoru ilə bağlı da qətiyyətli qərar göstərməlidir.
“Mən prezident Donald Trampa dedim ki, İsraillə İran arasındakı müharibədə göstərilən qətiyyətli qərarı daha iki atəşkəs razılaşmasına yönəlik də göstərməlidir: Rusiyanın addım atmaq istəmədiyi Ukraynada və vəziyyətin dözülməz olduğu Qəzzada” – Meloni bildirib.