Çorçana işi üzrə Qiorqi Qaxaria barəsində həbs qətimkan tədbiri seçilib
Çorçana işi üzrə Qiorqi Qaxaria barəsində həbs qətimkan tədbiri seçilib

 

Çorçana işi üzrə “Qaxaria – Gürcüstan Naminə” partiyasının sədri Qiorqi Qaxaria barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd olunan qərarla məhkəmə prokurorluğun vəsatətini təmin edib.

Qiorqi Qaxaria Gürcüstanda deyil və barəsində həbs qərarı qiyabi şəkildə çıxarılıb.

Müdafiə tərəfi isə Qaxaria barəsində heç bir qətimkan tədbirinin tətbiq edilməməsini tələb edirdi. Vəkil Berdia Sicinava Qaxariaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib. Onun sözlərinə əsasən, “Çorçana işi, Gürcüstan dövlətinin konkret insanların əli ilə və konkret alətlərdən istifadə edilməklə öz milli maraqlarına, ərazi bütövlüyünə və suverenliyinə qarşı hərəkət etdiyi tarixi işdir”.

Gürcüstan Prokurorluğu sabiq baş nazir Qiorqi Qaxariaya qarşı cinayət təqibi başladıb. Prokurorluğun məlumatına əsasən, iş 2019-cu ilin 20-21 iyun və Çorçana epizodları ilə bağlıdır.